AZ

“Seçkidə qələbəmizdən sonra hamının Avropa pasportu olacaq” - Paata Mancqaladze

Yazını böyüt
Yazını kiçilt

“Yoxsulluq, işsizlik və gedən insanlar, boş kəndlər, boş məktəblər, qoz mafiyası - bu, İvanişvilinin Quriyada 12 illik hakimiyyətinin nəticəsidir”.

Hafta.az-ın yazdığına görə, bunu "Birlik-Milli Hərəkat"ın liderlərindən Paata Mancqaladze deyib.

Mancqaladzenin sözlərinə görə, seçkilərdə qalib gəldikdən sonra Quriyada pensiya borcları, qoz mafiyası və işsizlik problemi başa çatacaq.

“İndi əsas sual budur ki, İvanişvilinin 12 illik hakimiyyəti Gürcüstana və konkret olaraq Quriyaya nə gətirdi? Yoxsulluq, işsizlik gətirdi, insanlar getdi. Boş kəndlər, boş məktəblər, bu İvanişvilinin 12 illik hakimiyyətinin nəticəsidir. Kəndlinin əməyi çox ucuz qiymətləndirilən yerdə qoz və narkotik mafiyası hökm sürür. Bu, İvanişvilinin 12 illik hakimiyyətinin nəticəsidir. “Birlik-Milli Hərəkat” olaraq bizim planımız var ki, yoxsulluğa necə qalib gələk, pensiyanı necə 1000 lari edək, necə iş yerləri yaradaq, haqsız olaraq yüksək kredit faizinə görə pensiyaçıların yığılmış borcunu silək, qoz mafiyasını məğlub edək - bunlar Quriyada seçkilərdə qalib gəldikdən sonra həll edəcəyimiz məsələlərdir. Birincisi, bu Avropa pasportudur ki, hər bir gürcünün olacaq, hamı Avropa pensiyası, avropa maaşı alacaq və biz Avropa İttifaqına üzv olacağıq. Bu seçki bizim yoxsulluq içində və ya inkişaf etmiş Avropa ölkəsində yaşamaq istədiyimizlə bağlıdır”, - Mancqaladze bildirib.

Seçilən
19
hafta.az

1Mənbələr