AZ

"Diadem" tikinti şirkətinə əlavə maya qoyulur

Qeyri-yaşayış binalarının tikintisi fəaliyyətilə məşğul olan "Diadem" ASC-nin nizamnamə kapitalı 100 min 500 manat artırılır.

Marja.az xəbər verir ki, "Diadem" ASC hər birinin nominal dəyəri 750 manat olan 134 ədəd səhm buraxıb. 

Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa "Diadem" ASC-nin nizamnamə kapitalı 3 milyon manatdan 3 milyon 100 min 500 manata yüksələcəkdir. 

Yerləşdirmə üzrə anderayter "Assist Finance İnvestisiya Şirkəti" ASC-dir.

Hazırda "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%)Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%).

Qeyd edək ki, "Diadem" ASC tez-tez tenderlərdə qalib gələrək, milyonlarla manat sifarişlər alıb. 

Diadem Nəbiyev Elbrus Dostumalıyeva Kamalə
Seçilən
9
marja.az

1Mənbələr