AZ

Kurtuanın hansı müddətə sıradan çıxdığı bəlli oldu

"Atletiko Madrid" - "Real Madrid" oyununda sol ayağından xəsarət alan Tibo Kurtuanın "Kral klubu"nun sıralarına nə vaxt dönəcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.

Xəbərə görə, belçikalı qolkiper oktyabrın 19-da "Selta"ya qarşı La Liqa matçına çıxa biləcək. Mənbə oktyabrın 2-də "Lill" ilə Çempionlar Liqası, 5-də isə "Vilyarreal" ilə çempionat qarşılaşmalarında "çərçivə"nin ukraynalı qapıçı Andrey Luninə həvalə ediləcəyini vurğulayıb.

Nihat

Seçilən
3
fanat.az

1Mənbələr