AZ

Avropa Kubokunda iştirak edəcək Azərbaycan klubu 2 həndbolçu ilə güclənib

Avropa

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişilərdən ibarət “Bakı” komandası heyətinə iki legioner oyunçu cəlb edib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi ukraynalı Vladislav Napadaylo və belaruslu Artsiom Skribanın keçidini rəsmiləşdirib. Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Bakı” Avropa Kubokunun ilkin mərhələsində Monteneqronun “Lofçen Çetinye” klubu ilə üz-üzə gələcək. Səfərdə baş tutacaq qarşılaşmalar oktyabrın 26-27-də keçiriləcək.

Seçilən
4
azertag.az

1Mənbələr