AZ

Qırğızıstan Əfqanıstana humanitar yardım göndərib

Bakı,TurkicWorld

Qırğızıstandan Əfqanıstana 120 ton həcmində humanitar yardım göndərilib.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, sentyabrın 25-də humanitar yardım daşıyan karvan Qırğızıstandan Əfqanıstana yola düşüb. Sentyabrın 28-də humanitar yardım yerli anbara çatdırılıb.

Bu humanitar yardım Qırğızıstanın Prezidenti Sadır Japarovun tapşırığı ilə təşkil olunub. Bu yardıma fövqəladə hallar naziri Boobek Ajikeyevin rəhbərlik edib.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan təbii fəlakətlərdən zərər çəkmiş Əfqanıstan sakinlərinə humanitar yardım göndərmişdi.

Seçilən
12
turkic.world

1Mənbələr