AZ

Rutte müharibənin kritik vaxtında NATO-ya rəhbərliyə başlayır - "Reuters"

Hollandiyanın keçmiş baş naziri Mark Rutte oktyabrın 1-dən NATO-nun sədri vəzifəsinin icrasına başlayacaq.

"Reuters" yazır ki, ona Ukraynadakı müharibənin kritik anında və ABŞ-də prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda hərbi alyansa rəhbərlik kimi məsul iş tapşırılıb.

"NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək mərasimdə Rutte təşkilata keşməkeşli onillikdə rəhbərlik etmiş Yens Stoltenberqi əvəz edəcək. NATO rəsmiləri və diplomatları Ruttedən Stoltenberqin alyansdakı prioritetlərini qoruyacağını gözləyirlər. Bunlar Ukraynaya dəstək toplamaq, NATO ölkələrini müdafiə xərclərini artırmağa sövq etmək və ABŞ-ni Avropa təhlükəsizliyinə cəlb etməkdir", - nəşr yazıb.

Hollandiyanın baş naziri postunda 14 illik rekord müddətdə işləmiş Rütte bu il istefa verib. O, Ukraynanın güclü tərəfdarı olub. Rütte həmçinin avropalıları ABŞ-nin keçmiş prezidenti Tramp haqqında mənfi fikirlər səsləndirməyi dayandırmağa və qitənin müdafiəsini gücləndirməyə davam etməyə çağırıb.

Tural

Seçilən
5
news365.az

1Mənbələr