AZ

İqtisadi sahədə aparılan islahatlar yeni bir investisiya iqlimi yaradıb



Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı.
Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu, bu müddətdə uğurlu sosial-iqtisadi göstəricilər əldə edildiyini və belə bir irəliləyişin gerçəkləşəcəyinə əminliyi hələ cari ilin əvvəlində vurğuladığını bildirib. Dövlət başçısı bu il iqtisadiyyatımız üçün uğurlu olacağını hələ ilin əvvəlində qeyd etdiyini xatırladaraq, iqtisadi artımın 4,3 faiz təşkil etdiyini dedi. Müşavirədə bir sıra məsələlər müzakirə olundu, ən əsas məqam isə neft ölkəsi Azərbaycanda son illərdə həyata keçirilən uğurlu siyasət nəticəsində qeyri-neft sektorundakı irəliləyişlərlə bağlı göstəricilər idi.Cənab İlham Əliyev mübarizə tədbirlərinə başlandığı gündən insanların sağlamlığının prioritetliyini önə çəkərək bu çağırışı da etdi ki, iqtisadi islahatlar daha da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Bu faktı da qeyd etmək yerinə düşər ki, həmin dövrdə həm koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə baxmayaraq Azərbaycan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın icrasını davam etdirdi və 2020-ci ilin dekabrın sonunda istifadəyə verildi. Azərbaycanın bu gün nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir. Hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır.Azərbaycan Prezidenti cənab İlham Əliyev müşavirədəki çıxışında ölkəmizdə iqtisadi inkişaf dinamikasının gözlənilən səviyyədə olduğunu və mövcud artım templərinin 2025-ci il üzrə də iqtisadiyyatın uğurlu olacağını bildirərək qeyd edib: “İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, - nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”. Yeni şəraitdə Azərbaycanın inkişafa istiqamətlənməsini, sosial-iqtisadi sahədə müsbət göstəricilər qazanmasını şərtləndirən amillər sırasında ölkədəki əlverişli investisiya mühitini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Məhz bu kimi amillər respublikada iqtisadi aktivliyin təmin olunmasına müsbət təsir göstərir. Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi yerli və xarici iş adamlarının çəkinmədən ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir.
Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin indiyədək keçdiyi yolu, mövcud şəraiti və perspektivləri görmək baxımından böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadi sahədə böyük yol keçib və iqtisadi təhlükəsizliyini təmin edən dövlətdir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Seçilən
1
2
newscenter.az

3Mənbələr