AZ

Ukrayna üçün “xüsusi Ramştayn” – “Bayden getməzdən əvvəl Ukraynanı sevindirə bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna və Amerika oktyabrda keçiriləcək “Ramştayn” görüşünə xüsusi hazırlaşır. O, Almaniyada keçiriləcək bu toplantının “xüsusi” olacağını qeyd edib, lakin detalları tam açıqlamayıb.

Bu arada ABŞ Prezidenti Co Bayden 2025-ci ilin yanvarında öz vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzvlük təklifini irəli sürə bilər. “AzPolitika” xəbər verir ki, bunu “Financial Times” nəşri yazıb. Qəzet Baydenin Zelenski ilə Vaşinqtonda apardığı danışıqlardan xəbərdar olan ABŞ rəsmisinə istinadla belə bir xəbər yayıb. Lakin nəşrin həmsöhbəti bunun dəqiq nə vaxt baş verə biləcəyini və hansı dəyişikliklərin müzakirə olunduğunu açıqlamayıb.

Qəzet yazır ki, səlahiyyət müddəti başa çatmamış Baydenin ABŞ Prezidenti kimi Avropaya son səfəri oktyabrın 12-də Almaniyaya ola bilər. Həmin gün isə növbəti “Ramştayn” toplantısı olacaq.

“AzPolitika.info”

Seçilən
4
azpolitika.info

1Mənbələr