AZ

Bakı əhalisi marketlərdə 21 milyard manatdan çox pul xərcləyib

Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 21 milyard 521 milyon manat olub.

Valyuta.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz artıb. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 11  722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9798,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Əvəz Həsənov

Seçilən
4
6
valyuta.az

9Mənbələr