AZ

Bu vərdiş yuxunu pisləşdirir

“İşıqda yatarkən insan yarı oyaq ola bilər”

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu somnoloq Roman Buzunov deyib.

O əlavə edib ki, yüngül yatmaq vərdişi yuxunu korlayır və həyat keyfiyyətini aşağı salır.

Həkimin sözlərinə görə, işıqda yatarkən, məsələn, televizor açıq halda sirkadiyalı ritmlər pozulur. O izah edib ki, qaranlıqda orqanizm yuxuya hazırlaşır və melatonin hormonu istehsal edir, işıqda isə hormonun istehsalı ləngiyir.

“Gecə bəzi proseslər baş verir və bəzi hormonlar istehsal olunur, gündüz isə, digərləri. Əgər sirkadiyalı ritmimiz pozulursa, işıq daim parlayırsa, beyin nə vaxt gündüz, nə vaxt gecə olduğunu anlamır. Gecələr insan yarı oyaq olmağa başlayır, yuxusu pisləşir, gün ərzində isə yarım yuxuya başlayır, yəni yuxululuq və yorğunluq yaranır”, – Buzunov qeyd edib.

Eyni zamanda o, tam qaranlıqda yatmağın da ideal variant olmadığına diqqət çəkib.

 

Seçilən
26
medianews.az

1Mənbələr