AZ

ABŞ və İsrail Müdafiə nazirlikləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

İsrail ordusunun Livandakı əməliyyatı fonunda Pentaqon rəhbəri Lloyd Ostin ilə İsrailin müdafiə naziri Yoav Gallant arasında söhbət olub. Tərəflər təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Pentaqonun mətbuat katibi general-mayor Pet Rayderin sözlərinə görə, amerikalı və israilli nazirlər təhlükəsizliklə bağlı vəziyyəti və İsrailin son hərbi əməliyyatlarını nəzərdən keçiriblər.

Söhbət zamanı Ostin Vaşinqtonun İsrailin “İran, Livan Hizbullahı, Həmas, Husilər və İranın dəstəklədiyi digər terror təşkilatlarına qarşı özünü müdafiə etmək” hüququnu dəstəklədiyini bir daha təsdiqləyib.

Pentaqon bildirib ki, tərəflər Livan Hizbullahının keçən il oktyabrın 7-də HƏMAS-ın hücumuna bənzər şimal İsrail icmalarına hücumlar həyata keçirə bilməməsini təmin etmək üçün "sərhəd boyunca əməiyyatların zərurətinə dair razılığa gəliblər".

Oxuməni.az

Seçilən
32
oxumeni.az

1Mənbələr