AZ

Trampdan film ssenarisi kimi təklif

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp cinayət nisbətini azaltmaq üçün film ssenarisinə bənzər bir təklif irəli sürüb. O, polis qüvvələrinə qoyulan məhdudiyyətlərin 1 saat müddətinə qaldırılmasını təklif edib.Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həftəsonu Pensilvaniyada keçirilən mitinqdəki çıxışı ilə gündəmdədir. Respublikaçıların prezidentliyə namizədi demokrat rəqibi Kamala Harrisi tənqid edirdi.Mövzu cinayət nisbətlərinə gəldi. Trump, polis məhdudiyyətlərinin azaldıldığı 1 gün və ya hətta 1 saatın cinayət problemini həll edəcəyini müdafiə edib.“Çətin bir saat… Mən demək istəyirəm ki, həqiqətən çətin… söz-söhbət yayılacaq və (cinayətlər) tamamilə bitəcək.”Sabiq prezidentin bu sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri “Təmizləmə gecəsi” filmini xatırladıblar. Distopik film ABŞ-da ildə bir dəfə keçirilən “zorakılıq gecəsi”ndən bəhs edir.Bədii ədəbiyyata görə, ölkədə qanunlar bir gecəyə qüvvədən düşür və törədilən cinayətlər cəzalandırılmır.Şayəstə Hüseynova 

Seçilən
8
elchi.az

1Mənbələr