AZ

"OPEC+" ölkələri neft hasilatını daha iki ay azaltmağa davam edəcək

"OPEC+" sazişində iştirak edən ölkələr daha iki ay - oktyabrdan dekabr ayına qədər neft hasilatını könüllü olaraq sutkada 2,2 milyon barel azaltmağa davam edəcəklər.

İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, ilkin olaraq alyans ölkələri oktyabr ayından hasilatın mərhələli şəkildə bərpası barədə razılığa gəliblər. "OPEC+" hasilatı bərpa etmək qərarına bazar şəraitindən asılı olaraq yenidən baxılmasına icazə verib. Lakin iclasda yekun qərar hasilatın azadılması planının davam etdirilməsi olub.

Bu ilin birinci rübündən etibarən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz "OPEC+" ölkəsi könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldıb.

 

Gözəl Həşimova

Seçilən
2
iqtisadiyyat.az

1Mənbələr