AZ

Chery də Türkiyədə avtomobil zavodu qurmaq istəyir

Çinin avtomobil istehsalçısı Chery də Türkiyəyə investisiya yatırmaq üçün danışıqlar aparır.

Marja.az xəbər verir ki, Reuters-ə danışan türkiyəli rəsmi investisiya danışıqlarının son mərhələsində olduğunu bildirib.

Adının açıqlanmasını istəməyən məmur, avtomobil zavodu qurmaq üçün danışıqlar aparan Chery-nin hansı həcmdə sərmayə yatıracağı ilə bağlı məlumat verməyib.

Ötən həftə sonu "Chery International"ın prezidenti Zhang Guibing Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə ölkənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır da iştirak edib.

Bu il Çin şirkəti BYD, ildə 150 ​​min avtomobil istehsalı gücündə olacaq zavodun tikilməsi üçün Türkiyəyə 1 milyard dollar sərmayə yatıracağını açıqlayıb. 

Seçilən
7
marja.az

1Mənbələr