AZ

Ruslar Xersondakı bazarı vurub: ölənlər və yaralılar var

Ruslar

Rusiya ordusu Ukraynanın Xerson vilayətinin mərkəzindəki bazara hücum edib, çox sayda ölənlər və yaralılar var.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun sözlərinə görə, ruslar rayon mərkəzində yerləşən bazara hücum ediblər:

“Xerson sakinlərinin səhər saatlarında məhsul aldıqları və ya satdıqları pərakəndə satış məntəqələri vurulub”.

Bildirilir ki, azı səkkiz qurbanın kimliyi məlumdur: “Beş nəfər həlak olub, daha üç nəfər yaralanıb, onlar bizim həkimlərin nəzarətindədir”.

A. Prokudin dəhşətli hücumun nəticələrini əks etdirən video da yayımlayıb. Görüntülərdə yerdə yaralananlar, ölənlər, orada işləyənlər görünür.



ELÇİN
Seçilən
14
reyting.az

1Mənbələr