AZ

Silsilə tədbirlər davam etdirilir - FOTO

Uşaq travmatizminin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, növbəti belə tədbir Xəzər rayonunda yerləşən 26 saylı və Binəqədi rayonunda yerləşən 244  nömrəli orta məktəblərin şagird və pedoqoji heyətinin iştirakı ilə keçirilib.

Tədbir zamanı DYP əməkdaşları tərfindən yol hərəkəti qaydaları, piyadaların vəzifələri, təhlükəsiz davranış vərdişləri barədə məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda Bakı Şəhər DYP İdarəsi tərəfindən hazırlanan maarifləndirici şüarlar əks olunan plakatlar məktəblərin qarşısına vurulub.

FOTO QALEREYA
Seçilən
8
4
avtosfer.az

5Mənbələr