AZ

Azərbaycan XİN BƏƏ-nin Sudandakı səfirinin iqamətgahına edilən hücumu pisləyib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi BƏƏ-nin Sudandakı səfirininiqamətgahına edilən hücumu pisləyib.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəpaylaşıb.

"Biz Hartumda (Sudan) Birləşmiş Ərəb Əmirlikləri səfirininiqamətgahına edilən hücumu qətiyyətlə pisləyirik. Diplomatikobyektlərə edilən hücum Vyana Konvensiyasının diplomatikmünasibətlərə dair prinsiplərinin pozulmasıdır və bu,yolverilməzdir. Beynəlxalq hüquqa əsaslanaraq, diplomatikobyektlərin toxunulmazlığının təmin edilməsi son dərəcə vacibdir",- Nazirliyin “X” sosial şəbəkəsində bildirilir.

Qeyd edək ki, BƏƏ Xarici İşlər Nazirliyi daha əvvəl Sudanınhərbi təyyarəsinin BƏƏ səfirinin iqamətgahına zərbə endirdiyini vənəticədə binaya əhəmiyyətli ziyan dəydiyini bildirmişdi.

Seçilən
23
5
az.trend.az

7Mənbələr