AZ

“Hizbullah” liderinin ölümünə zəhər səbəb olub” - Tehran meri

“Hizbullah” lideri Həsən Nəsrullahın ölümünə zəhər səbəb olub”.

Missiya.Az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Tehran meri Əlirza Zakani məlumat yayıb.

O, bildirib ki, İnformasiya və texnologiya müharibəsində İsrail bu cinayəti törətdi:

“Sionist rejim son cinayətdə kiçik bir əraziyə bir ton ağırlığında 80 bomba atıb. Həm ağıllı, həm də dərin partlayışlara səbəb olan bombalar, eləcə də zəhərli maddələr buraxıb. Bomba partlayışları ilə birlikdə buraxılan zəhərli maddələr Nəsrullahın ölümünə səbəb olub”, - deyə, Zakani vurğulayıb. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
2
missiya.az

3Mənbələr