AZ

Mbappe qardaşlarının ÇL-dəki dueli baş tutmayacaq - SƏBƏB

"Real Madrid"in 25 yaşlı hücumçusu Kilian Mbappe kiçik qardaşı, Çempionlar Liqasında "Kral klubu"nun rəqibi olan "Lill"in 17 yaşlı yarımmüdafiəçisi Etan Mbappeyə qarşı matçda iştirak etməyəcək .

Fanat.Az xəbər verir ki, buna kiçik-Mbappenin zədələnməsi səbəb olub.
 
Etan Mbappe bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Oyun zamanı zədələndim və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağam. Bu mənim üçün çətin məqamdır, çünki futbol oynamağa başlayandan bəri ilk dəfədir ki, başıma gəlir”. 

Xatırladaq ki, Etan Mbappe bu ilin iyulunda Fransanın "Lill" klubu ilə müqavilə imzalayıb. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonuna kimidir. Yarımmüdafiəçi yeni komandasında dörd matça çıxıb. 

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr