Rusiyanın bu vilayətinə PUA hücumu edildi
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Belqorod vilayətində Ukraynaya məxsus 8 PUA-nı məhv edib.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumata yayıb. “Ötən gecə Ukraynanın Rusiya ərazisində hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə bir sıra terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Ukraynanın 8 ədəd pilotsuz uçuş aparatı Belqorod vilayəti ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - məlumatda deyilib.