AZ

Həyat yoldaşının ad günündə dünyasını dəyişən sənətkar: “Mən ona yalançı çıxdım, hələ də yaşayıram”-FOTO

Bu gün “Qarabağ bülbülləri”-nin solisti İzahat Cəfərovun ölümündən 3 il ötür. Bir zamanların ən məşhur uşaq qrupu olan “Qarabağ bülbülləri” nəinki Azərbaycanı gəzib, konsertlər vermişdi. Onların səsi dünyanın bir çox ölkələrindən, tanınmış konsert salonlarından, səhnələrindən gəlirdi. İzahat Cəfərov 2021-ci il oktyabr ayının 1-də dünyasını dəyişib. Həmin gün sənətkarın xanımı Rahilə Cəfərovanın doğum günü olub. Sənətçinin həyat yoldaşı o günü belə xatırlayır:
“İzahat mənim üçün nəinki həyat yoldaşı, həm ata, həm ana, həm də arxa-dayağım idi. Mən hər şeyimi itirmişəm. O dünyada olanda arxamda böyük güc hiss edirdim. İndi gücsüzəm, kimsəsizəm. Düzdür, ailəm, balalarım, nəvələrim var, amma İzahatın yoxluğunu mənim üçün heç kim əvəz etmir. Onunla xoşbəxt idim. Siz bir bilərdiniz ki, o Ağdamın alındığı xəbərə necə sevindi.. Anası da bizdə idi. Anasının da 80 yaşı var idi. Soruşdu ki, ay oğul, görəsən Ağdamı gedib görəcəyik? İzahat dedi ki, əlbəttə görəcəyik, babamın yerində ev də tikdirəcəm. Mənim də ad günüm, ən xoşbəxt günüm idi. Bu biri ad günümdə onu itirdim. Anası da ölümünə dözməyib dünyasını dəyişdi. Deyirdim ki, İzahat, əgər sənin başından bir tük əskik olsa mən yaşaya bilmərəm. Amma mən yalançı oldum, neçə aydır yaşayıram. Biz yaşayırıq, amma ruhumuz yaşayır, cismimiz əslində İzahatla birlikdə ölüb. Evdə heç kim olmayanda şəkilləri ilə danışıram. Biri var ki, evdən gedə, biri də var eldən. Həqiqətən də İzahat eldən gedib” deyə sənətçinin həyat yoldaşı bildirib.
Seçilən
18
moderator.az

1Mənbələr