AZ

Balanslı qidalanma uşağın gündəlik ehtiyac duyduğu müxtəlif qida maddələrinin qəbul edilməsini nəzərdə tutur

Bakı. Trend:

Balanslı qidalanma uşağın gündəlik ehtiyac duyduğu müxtəlif qidamaddələrinin qəbul edilməsini nəzərdə tutur.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”un“Sağlam səhər” verilişində qonaq olan pediatr Aytəkin Əliyevadeyib.

Onun sözlərinə görə, bunun üçün müxtəlif qida qruplarının, ocümlədən zülallar, yağlar, karbohidratlar, vitaminlər vəmineralların balanslı şəkildə olmasına diqqət yetirməklazımdır:

“Uşaqlar üçün hər gün meyvə, tərəvəz, dənli bitkilər, südməhsulları və proteindən zəngin qidaların istifadəsi vacibdir.Məsələn, səhər yeməyində yumurta, pendir və tam taxıl çörəyi,günorta yeməyində isə tərəvəz və toyuq salatı kimi balanslıyeməklər təqdim edilməlidir. Uşaqların gün ərzində müxtəlif rənglitərəvəzlər və meyvələr yeməsi onların vitamin və mineralehtiyaclarını qarşılayır. Bununla yanaşı, yetərli miqdarda su içməkvə şəkərli, yağlı qidalardan uzaq durmaq da balanslı qidalanmanınbir hissəsidir. Yağların təbii mənbələrdən, məsələn, qoz-fındıqkimi qidalardan alınması məsləhətdir. Karbohidratların isə mümkünqədər təmiz dənli bitkilərdən və tam taxıllardan alınması uşağınenerjisini təmin edir”.

Pediatr zülalların uşaqların əzələ və toxumalarının inkişafıüçün vacib olduğunu qeyd edib. Buna görə də onların qidalanmasındabalıq, toyuq və lobya kimi zülal mənbələri olmalıdır:
“Balanslı qidalanma uşağın sağlam böyüməsinə, enerji səviyyəsininqorunmasına və immun sisteminin güclənməsinə kömək edir”.

Seçilən
10
2
az.trend.az

3Mənbələr