AZ

İsrail ordusu evi bombaladı: Ölənlər var

İsrail Livanın cənubunda evə hücum edib. 

Hücum zamanı eyni ailədən 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Cebheinfo.az"-ın məlumatına görə, Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, İsrail döyüş təyyarələri Livanın cənubundakı Əd-Davudiyyə qəsəbəsində evi bombalayıb.

Hücum zamanı eyni ailədən olan 10 nəfərin, o cümlədən uşaqların öldüyü, 5 nəfərin isə yaralandığı bildirilib.

8 oktyabr 2023-cü ildən “Hizbullah”la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan hakimiyyətinin məlumatına görə, “Hizbullah”ın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1 273 nəfər ölüb.

İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb.

Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.

Seçilən
33
cebheinfo.az

1Mənbələr