AZ

Birincilərin ağır çanta yükü: ondan necə xilas olmaq olar? - TƏKLİFLƏR

“Bu günün aktual problemlərindən biri də şagirdlərin çanta yüküdür. Onlar hər gün məktəbə özlərindən ağır olan çantanı daşımaq məcburiyyətindədir. Aşağı sinifdə oxuyanlar 8-9 kilo olan çantanı daşıya bilmirlər”.




Bu fikirləri Bakupost.az -a Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Onun sözlərinə görə, bir sıra xarici ölkələrdə uşaqları ağır çanta yükündən xilas etmək üçün müxtəlif metodlardan istifadə olunur. Məsələn, Amerikada uşaqlar çantalarında evə hər gün kitab aparmırlar. Kitablar yalnız sinifdə istifadə edilir. Müəllim onların evdə edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Bəzi məktəblərin sinif otaqlarında isə şkaflar mövcuddur. O şkaflarda şagirdlərin hər birinin özünə məxsus gözü var. Onalar ağır kitabları və məktəbliyə lazım olan əşyaları o şkaflara qoyurlar. Beləliklə, uşaqlar özləri ilə yalnız lazım olan ləvazimatları daşıyırlar:


“Britaniya və Finlandiya məktəblərində isə şagirdlər ev tapşırıqlarını məktəbdə edir. Evə verilən tapşırıqlar yaradıcı işlər olur. Bəzi ölkələrdə isə şagirdlər ümumiyyətlə, məktəbə kitab aparmırlar. Belə ölkələrin təhsil sistemində İKT-nin tətbiqi sayəsində şagirdlər məktəbdə dərslərini ənənəvi dərsliklər vasitəsilə yox, elektron lövhələr vasitəsilə keçirlər. Dərslik rolunu e-dərsliklər oynayır. Bir çox Avropa ölkələrinin təhsil sistemində xeyli müddətdir ki, elektron dərslik tətbiq edilir. Bu sistemin üstünlükləri ondan ibarətdir ki, valideynlər uşaqlarının dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərsə davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər. Azərbaycanda da şagirdləri çanta yükündən xilas etmək üçün bir sıra addımların atılmasına ehtiyac var”.


Sevinc,
BakuPost
Seçilən
2
bakupost.az

1Mənbələr