AZ

Nigeriyada şir zoopark işçisini parçalayıb- ÖZƏL

Nigeriyanın Abeokuta şəhərində (Oqun əyaləti) şir Nigeriyanın keçmiş prezidenti Olusequn Obasancoya məxsus zooparkın işçisinə hücum edib.

Olaylar.az xəbər verir ki, bu haqda BBC News xəbər verir. 

Hadisə axşam saatlarında, zooparkın artıq ziyarətçi qəbul etmədiyi vaxt baş verib. 35 illik təcrübəyə malik olan baxıcı dostlarını yırtıcıların yemlənməsini izləməyə dəvət edib. O, şirə yemək gətirib və bağı açıq qoyub. 

Bu zaman şir qəfildən baxıcının boynunu deşərək ona hücum edib. Alınan xəsarətlər ölümcül olub. Bədənin daha da zədələnməsinin qarşısını almaq üçün zoopark heyvanı güllələmək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr