AZ

“Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, açılış mərasimində hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Tədbiri açıq elan edən general-mayor Vüqar Əliverdiyev iştirakçıları və qonaqları salamlayıb.

Bildirilib ki, bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq  məqsədini daşıyan əhəmiyyətli bir addımdır.

Qeyd olunub ki, “Məharət-2024” təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

644a5b394fc7539c22b919160af090d5

f513cf8c049582e2a7133aa54bb3c327

Seçilən
8
27
poliqon.az

10Mənbələr