AZ

Kürdəmirdə 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Kürdəmir, 1 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Kürdəmirdə yük maşınının iştirakı ilə yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Xırdapay kəndində qeydə alınıb. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan yük maşını əks yola çıxaraq minik avtomobili ilə toqquşub. Qəzada 7 nəfər xəsarət alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin dəqiq başvermə səbəbi aparılan araşdırmaların sonunda bəlli olacaq.

Seçilən
4
6
azertag.az

7Mənbələr