AZ

Müdafiə nazirinin dörd müavini işdən çıxarılır

Müdafiə

Ukraynanın müdafiə naziri Rustem Umerov dörd müavininin vəzifədən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat yazıb.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin media kanalı məlumat yayıb.

R. Umerov bildirib ki, müdafiə nazirinin müavinləri - Stanislav Qayder (nazir Aparatının rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergey, Yuri Djigir, Lyudmila Daraqanın (dövlət katibi) vəzifədən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat göndərib.

Nazir əlavə edib ki, yeni təyinatlar, o cümlədən nazir müavinləri ilə bağlı ayrıca məlumat verəcək.

Kadr dəyişikliklərini izah edən Umerov qeyd edib ki, hərbi vəziyyət dövründə Müdafiə Nazirliyi sistemində proseslər aydın və nəzarətdə olmalıdır.

Umerov bildirib ki, Müdafiə Nazirliyində müdafiə təchizatı sistemində islahatlar aparılır və bu islahatlar çərçivəsində “Spetstexnoeksport” Baş Kəşfiyyat İdarəsindən Müdafiə Nazirliyinə keçir.

“Mən hüquq-mühafizə orqanları və korrupsiyaya qarşı mübarizə orqanları ilə sıx əməkdaşlıq edərək satınalma sisteminin təmizlənməsi prosesini başa çatdırmağı qarşıma vəzifə qoymuşam. Biz, həmçinin Müdafiə Təchizatları Agentliyində və Dövlət Logistika Operatorunda islahatları davam etdiririk, bu prosesləri NATO-ya yaxınlaşdırırıq”,- Ukraynanın müdafiə naziri bildirib.

Qeyd edək ki, bundan əvvəl Umerov Baş Kəşfiyyat İdarəsinin iki rəis müavinini işdən çıxarıb. Amma nazirin bu qərarı Baş Kəşfiyyat İdarəsinin rəisi ilə razılaşdırılmayıb.

Bundan əlavə, mənbələrə görə, nazir “təmizləmə”ni davam etdirməyi planlaşdırır. Umerov 20-yə yaxın generalı və məmuru “səmərəsizliyə, sovet yanaşmasına və ərazilərdə işdə nəticə əldə etmədiyinə” görə işdən çıxarmağı planlaşdırır və ya artıq işdən çıxarıb.

Eyni zamanda, R. Umerov daha əvvəl bildirmişdi ki, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və Kirill Budanovla “yaxşı, işgüzar, dostluq münasibətləri” saxlayır.

E. KAMAL
Seçilən
9
reyting.az

1Mənbələr