AZ

Müharibə şiddətlənir: azərbaycanlılar kütləvi şəkildə ölkəyə qayıdır? – Açıqlama 

İsrail ordusunun Livana daxil olması gərginliyin Təl-Əvivə keçməsi məsələsini də aktuallaşdırıb. Müharibə fonunda diqqətçəkən məsələlərdən biri də İsraildəki soydaşlarımızın Vətənə qayıtması ehtimalıdır.

Ümumiyyətlə, İsraildəki azərbaycanlıların vəziyyəti necədir? Onların Azərbaycana qayıtması ilə bağlı məlumat varmı? Hazırlıq gedirmi?

Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə deyib ki, “Hizbullah” əsasən hava hücumları həyata keçirir:

“Lakin bunlar da “Dəmir Qübbə” müdafiə sistemi ilə sıradan çıxarılır. Bundan başqa, İsrailin bütün şəhərlərində gücləndirilmiş mülki müdafiə bunkerləri var. Bu sığınacaqlar əhalinin təhlükəsizliyi üçün nəzərdə tutulub. Təkcə İsrail vətəndaşları deyil, digər ölkə vətəndaşları da sığınacaqlarda qala bilər.

Xatırlayırsınızsa, pandemiya dövründə başqa ölkələrdən çarter reyslər gəlmirdi. Çünki hər yerdə qapanmalar vardı. İsraildə qalan vətəndaşlar isə müraciətlə qayıda bilirdi. İsrail bunu təmin etmişdi”.

Politoloq qeyd edib ki, “Hizbullah”ın İsraildə quru əməliyyatı keçirməsi mümkün deyil:

“Azərbaycanlılar istəsələr, səfirliyə müraciət edib, Vətənə qayıda bilərlər. Lakin onların həyatına təhlükə yoxdur. İsrail bütün müharibə ssenarilərinə hazırlıqlıdır. Buna görə də vətəndaşlarımızın, soydaşlarımızın həyatına risk yoxdur”.
/Globalinfo.az

Seçilən
23
referans.az

1Mənbələr