AZ

Ünvanlı sosial yardımlarla bağlı saxta xəbərlər yayılır - Fonddan ÇAĞIRIŞ

Sosial şəbəkələrdə ünvanlı sosial yardımlarla bağlı müxtəlif iddialar yayılıb. Belə ki, ünvanlı sosial yardım alanların maddi gəlirlərinin ildə bir neçə dəfə yoxlanacağı, yaxın qohumları xaricdə olan şəxslərin sosial yardımlarının kəsiləcəyi iddia edilir.

 

Bu iddialar nə qədər həqiqətə uyğundur?

 

Modern.az bununla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib ki, iddiaların heç biri həqiqəti əks etdirmir:

 

"Vətəndaşları bu cür məlumatlara inanmamağa çağırırıq. Məlumatları, sosial yardımla bağlı olan xəbərləriDövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial şəbəkə hesablarından və rəsmi saytından əldə etməyə çağırırıq".

Seçilən
4
modern.az

1Mənbələr