AZ

AİB Azərbaycana dəmir yolu sisteminin rəqəmsallaşdırılması üzrə kredit ayıracaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan dəmir yolu sistemininrəqəmsallaşdırılması üçün 47 milyon ABŞ dolları məbləğində kreditayrılmasını təsdiqləyib.

Bu barədə Trend AİB-əistinadən xəbər verir.

AİB-in bəyanatına əsasən, bu kreditin istifadəsi Azərbaycanındəmir yolu şəbəkələrinin təhlükəsizliyini, etibarlılığını vəsəmərəliliyini artıracaq. Rəqəmsal transformasiya çərçivəsində AİB,yük əməliyyatlarının idarə olunması, texniki xidmət, aktivlərintəmiri və investisiya planlaşdırılması kimi "Azərbaycan DəmirYolları" QSC-nin əsas proseslərinin rəqəmsallaşdırılmasına dəstəkverəcək.

Layihə, həmçinin müştərilərin məlumatlara, o cümlədənqiymətləndirmə və vergi hesablamalarına çıxış sistemininhazırlanmasını əhatə edəcək. Layihə çərçivəsində "Azərbaycan DəmirYolları" QSC-nin korporativ funksiyalarının rəqəmsaltəkmilləşdirilməsi də maliyyələşdiriləcək.

“Rəqəmsallaşma Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqazvə Avropa ilə birləşməsində Azərbaycanın əsas rolunudəstəkləyəcək", - AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoruYevgeni Jukov bildirib

Onun fikrincə, layihə Azərbaycana ticarət və əlaqələndiricimərkəz kimi güclü potensialını tam şəkildə açmağa kömək edəcək.

AİB-in nəqliyyat üzrə mütəxəssisi Nanyana Çjou qeyd edib ki,Azərbaycan dəmir yollarının rəqəmsallaşdırılması əməliyyatsəmərəliliyinin və Azərbaycanın regional tranzit dəhlizlərindərəqabət qabiliyyətinin artırılması üçün həlledici əhəmiyyətdaşıyır.

“Azərbaycanın dəmir yolu xətləri Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq (CAREC) Proqramının 2 və 6-cı dəhlizlərində əsas roloynayır və rəqəmsallaşdırma layihəsi CAREC-in 2030-cu ilə qədərkistrategiyasına uyğundur”, - AİB-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən bu yana AİB-dən 5 milyardABŞ dollarından çox kredit alıb.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr