AZ

Sabiq "Barselona"lılar yenidən bir arada - SON DURUM

"Atletiko"nun hücumçusu Antuan Qrizmann tezliklə MLS-də peyda ola bilər. 

Fanat.Az xəbər verir ki, fransalı forvard "İnter Mayami"yə keçməyə yaxındır.
 
İnformasiyanı "Inter Miami News" yayıb. 

Qrizmann artıq qışda ABŞ-a köçməyə hazırlaşır. Bu baş versə, o, vaxtilə "Barselona"da birgə çıxışlarından tanıdığı Lionel Messi, Luis Suares, Xordi Alba və Serxio Busketslə yenidən bir araya gələ biləcək. 

Xatırladaq ki, Antuan Qrizmann ötən gün Fransa millisindəki  karyerasını başa vurduğunu açıqlayıb.

Mirağa

Seçilən
18
fanat.az

1Mənbələr