AZ

Mafiya başçısından bəhs edən film onun doğma şəhərində nümayiş olunmur

Yazını böyüt
Yazını kiçilt

Məşhur Kosa Nostra mafiyasının atalarından olan Matteo Messina Denaronun həyatından ilhamlanan film onun məmləkətində yayımlanmır.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Siciliyanın Kastelvetrano qəsəbəsindəki yeganə kinoteatrın sahibi elan edib ki, Venesiya Film Festivalında premyerası olan və oktyabrın 10-da geniş tamaşaçılara təqdim olunacaq “Sicilian Letters” filmini öz binasında nümayiş etdirməyəcək.

Marconi kinoteatrının sahibi Salvatore Vaccarino deyir: “Bu film məni qəti maraqlandırmır”.

Kinoteatrın müdiri keçmiş mer Antonio Vakkarinonun oğludur. Onun vəfat etmiş atası 1990-cı illərdə narkotik alverində iştiraka görə məhkum edilib.

Onun mafiya başçısını tutmaq istəyən İtaliya xüsusi xidmət orqanlarının adından Denaro ilə əlaqə saxladığı məlum olub. Film də elə bu ünsiyyət üzərində qurulub.

İtaliyanın “Ansa” xəbər agentliyi Vaccarinonun atasının adı çəkildiyi üçün filmi teatrda nümayiş etdirmədiyini bildirib. Denaro bölgədə çox məşhur olduğu üçün bu tənqidi filmin yayımlana bilməyəcəyini iddia edənlər də var.

Kastelvetrano meri Covanni Lentini deyir ki, kinoteatrın sahibini filmi nümayiş etdirməyə razı salmağa çalışacaq.

Denaro 2023-cü ilin yanvarında Palermodakı bir tibb müəssisəsində xərçəng müalicəsi alarkən tutulub. 30 il qaçaq yaşayan mafiya başçısı tutulduqdan 9 ay sonra dünyasını dəyişib.

O, qurbanları ilə bir qəbiristanlığı doldura biləcəyi ilə öyünürdü.

Denaro, 2006-cı ildə mafiya liderləri Bernardo Provenzano və 2007-ci ildə Salvatore Lo Pikkolonun həbsindən sonra Siciliya mafiya dünyasında xaç atası sayılırdı.

61 yaşında vəfat edən Denaro "Avropanın ən çox axtarılan adamı" kimi təsvir edilib. “Şər” kimi tanınan mafiya lideri Netflix-in “World's Most Wanted” sənədli filmində də çəkilib.

Seçilən
6
49
hafta.az

10Mənbələr