AZ

Məhkəmə Şəmkirdə iş adamının üzərinə qumbara atan şəxslə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin Şəmkirdə iş adamı Binnət Qarayevin üzərinə öz şəxsi avtomobildə qumbara ataraq öldürməkdə cəhddə təqsirləndirilən Nəsib Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, 2023-cü il yanvarın 5-i saat 17.00 radələrində Şəmkir şəhəri bazar ərazisi yaxınlığında 1972-ci il təvəllüdlü Nəsib Heydərov "VAZ-2105” markalı avtomobildə iş adamı, 1990-cı il təvəllüdlü Binnət Qarayevin üzərinə qumbara atıb. Nəticədə hər iki şəxs ağır xəsarət alıb.


Hadisə 112 min ABŞ dollarına görə baş verib. Belə ki, Binnət Qarayev Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Binnət Fruit" şirkətinin sahibidir. O, Rusiyadan 2022-ci il müxtəlif vaxtlarda Şəmkirdə valyutadəyişmə işi ilə məşğul olan Nəsib Heydərova 700 min ABŞ dolları pul göndərib. Şəmkirə qayıtdıqdan sonra həmin pulları ondan geri alıb. Amma 2022-ci ilin noyabr ayında Nəsib Heydərov iddia edib ki, Binnət Qarayevə 700 min dollardan əlavə bilmədən 112 min dollar da verib. Lakin Binnət Qarayev təqsirləndirilən şəxsin ona əlavə pul verməsini təkzib edib. Buna görə tərəflər Şəmkir bazarı yaxınlığında məsələni araşdırmaq üçün görüşüblər. O, özünə məxsus "Land Cruiser” markalı avtomobillə Şəmkir şəhəri mərkəzi bazarına gəlib. Nəsib Heydərovun idarə etdiyi "VAZ-2105” markalı avtomobildə söhbət ediblər.


Həmin vaxt Nəsib "Qurani Kərim” kitabını çıxararaq, Binnətin and içməsini istəyib. Sonuncu da əlini kitabın üzərinə qoyaraq and içib ki, ondan əlavə 112 min dollar almayıb. Bundan sonra Nəsib "Kəlimeyi şəhadət"ini deyərək, onun üzərinə qumbara atıb. Hər iki şəxs ağır xəsarət alıb. 15 dəfə əməliyyatdan sonra Binnət Qarayevin sol ayağı diz nahiyəsindən aşağı hissəsi amputasiya olunub.


O, məhkəmədə Nəsib Heydərovdan şikayətçi olduğunu deyib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsib Heydərov Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, 15 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov 

Tarix: 1 Oktyabr 2024, 10:31   
Seçilən
5
pravda.az

1Mənbələr