AZ

Yaponiyanın yeni Baş naziri seçildi

 

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) yeni lideri İşiba Şiqeru Nümayəndələr Palatasında keçirilən növbədənkənar sessiyada ölkənin baş naziri seçilib.Missiya.Az xəbər verir ki, parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında ölkənin yeni baş nazirinin seçilməsi üçün səsvermə keçirilib.İşiba 465 səsdən 291-ni toplayaraq Yaponiyanın 102-ci baş naziri olub.Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.LDP-nin ötən həftə keçirilən sədr seçkilərində ikisi qadın olmaqla 9 namizəd iştirak edib.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Seçilən
3
missiya.az

1Mənbələr