AZ

Mitrovitsadakı tarixi türk hamamı satılır

Yazını böyüt
Yazını kiçilt

Kosovonun Mitrovitsa şəhərində yerləşən və 18-ci əsrdə Sileyman Paşa Berişa və Zeynullah Bey Berişa tərəfindən inşa edilən tarixi hamamı varisləri tərəfindən satışa çıxarıldığı açıqlanıb. 1959-cu ilə qədər hamam, 2009-cu ilə qədər isə muzey kimi istifadə edilən bina 2009-cu ildə varislərinə qaytarılıb.

Hafta.az-ın yazdığına görə, hamamın payçılarından Afrim Berişa bildirib ki, bir hissəsi restoran kimi istifadə edilən baxımsız tikili ətrafındakı torpaq sahəsi ilə birlikdə satışa çıxarılıb. Satış elanında tarixi bina üçün ən az 1,6 milyon avro istənildiyi bildirilir.

Kosovo qanunvericiliyinə görə, qorunan mədəni irs yalnız ölkə sərhədləri daxilində və mülkiyyət məsələlərini tənzimləyən mövcud qanunvericiliyə uyğun olaraq satıla bilər. Kosovo Mədəniyyət, Gənclər və İdman Nazirliyi tarixi əsərlərin bazar qiymətinə alınmasında prioritetdir. Nazirlikdən hamamın satışı ilə bağlı hələlik açıqlama verilməyib.

Seçilən
2
hafta.az

1Mənbələr