Finlandiya prezidenti Aleksandr Stubb Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Müdirliyindən yazılı açıqlama verilib.
Bildirilir ki, Stubbun səfəri oktyabrın 2-dək davam edəcək. Bu, Türkiyə ilə Finlandiya arasında diplomatik münasibətlərin qurulmasının 100-cü ildönümündə Stubbın prezident kimi Türkiyəyə ilk səfəridir.
Bu gün Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Finlandiya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.