AZ

Yaxın Şərq: ABŞ İsraili dəstəkləmək üçün əlavə qırıcılar və hərbi personal göndərir - Fotolar

Yaxın

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdəki qüvvələrini gücləndirmək üçün bölgəyə əlavə döyüş təyyarələri və bir neçə min əsgər göndərəcək.

Reyting.az
bildirir ki, İsrailin Qəzza, Livan, Yəmən və Suriyaya hücumlarının artdığı bir vaxtda ABŞ-nın belə bir qərar verməsi Yaxın Şərqdə qarşıdurmanı daha da genişləndirəcək.



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Sabrina Sinq gündəlik mətbuat konfransında deyib ki, Müdafiə Nazirliyi regionda təcavüzün qarşısını almaq və daha geniş regional müharibə riskini azaltmaq üçün Yaxın Şərqdə ABŞ qüvvələrinin mövqeyini daha da gücləndirmək üçün addımlar atır.

Bölgədə olan “USS Abraham Lincoln” təyyarə gəmisi donanmasının yerində qalması ilə bağlı təlimat verildiyini ifadə edən Sinqin sözlərinə görə, hava hücumundan müdafiəni gücləndirmək üçün mövcud hərbi varlığa əlavə olaraq, “F-15E Strike Eagle”, “F-16”, “A-10”, “F-22” döyüş təyyarələri və onlara dəstək olmaq üçün “bir neçə min” personal göndəriləcək.

O, həmçinin müxtəlif ehtimallara cavab hazırlıqlarını daha da gücləndirmək üçün ABŞ hərbi birləşmələrinin bölgədə yerləşdirilmə səviyyəsinin artırıldığı bildirib.



İsrail rəsmilərinin qurudan Livana daxil olmaq planları ilə bağlı sualları cavablandıran Sinq deyib: “İsraildən onların potensial əməliyyatları barədə soruşun, deyəcək heç nəyim yoxdur. Sizə yalnız onu deyə bilərəm ki, israillilərlə işləməyə davam edirik”.

Sinq, İsrailin sentyabrın 27-də Livanda “Hizbullah” lideri Həsən Nəsrullahın öldürüldüyü hava hücumları barədə onlara əvvəlcədən məlumat verilmədiyini təkrarlayıb: “Nazir Ostin hazırlıqsız tutuldu. Əməliyyat davam edərkən ona məlumat verildi. Biz bu əməliyyatlarda iştirak etmirik”.

E. KAMAL
Seçilən
23
reyting.az

1Mənbələr