AZ

İsrail qoşunlarını Livandan bu şərtlə çıxaracaq

İsrail ABŞ-ni əmin edib ki, Livan Hizbullah hərəkatının infrastrukturu məhv edildikdən sonra qoşunlarını Livan ərazisindən çıxarmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı mənbələrə istinadən məlumat yayıb. 

"Mənbənin sözlərinə görə, ABŞ və İsrail rəsmiləri arasında 48 saatlıq yüksək səviyyəli danışıqlar zamanı israillilər Ağ Evi əmin ediblər ki, bu plan daha bir hədəfə malikdir və İsrail sərhədi yaxınlığındakı Hizbullah infrastrukturunu təmizləmək məqsədi daşıyır", – portal qeyd edib.

Qəzetin mənbələri bildiriblər ki, Ağ Ev həftə sonu İsrailin qurudan böyük bir işğala hazırlaşmasından narahat olub. Vaşinqton İsrailə öz narahatlığını bildirib.

Yüksək rütbəli İsrail rəsmisi də portala bildirib ki, İsrail əməliyyatı ilə bağlı planlar ilkin olaraq əhatə dairəsi ilə məhdudlaşıb.

Gülayə Mecid 

Seçilən
5
2
unikal.az

3Mənbələr