AZ

İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasını təcili və zəruri hesab edir

İtaliyanın baş naziri Meloni bəyan edib ki, Yaxın Şərqdə regional səviyyədə gərginliyin azaldılması təcili və zəruridir. “İtaliya müttəfiqləri ilə İsrail və Livan arasında sərhədin sabitləşdirilməsi və köçkünlərin öz evlərinə qayıtması üçün işləməyə davam edəcək”, – Meloni bildirib.Elchi.az xəbər verir ki, İsrailin hücumu altında Livandakı inkişaflarla bağlı yazılı açıqlama verən Giorgia Meloni, müdafiə və xarici işlər nazirləri ilə daim təmasda olduğunu və Livandakı “dramatik vəziyyəti” yaxından izlədiyini bildirib.Meloni açıqlamasında deyib: “Mülki əhalinin müdafiəsi və Livanın cənubunda Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) tərkibində xidmət edən İtaliya kontingentinin təhlükəsizliyinə zəmanət verilməsi prioritet olaraq qalır”.Baş nazir Meloni, “İtaliya müttəfiqləri ilə İsrail və Livan arasındakı sərhədi sabitləşdirmək və köçkünlərin öz evlərinə qayıtması üçün işləməyə davam edəcək. Regional səviyyədə gərginliyin azaldılması təcili və zəruridir və İtaliya G7-nin prezidenti kimi üzərinə düşəni etməyə davam edəcək” deyib.Müdafiə naziri Guido Crosetto da prezident Sercio Mattarella, baş nazir Meloni və xarici işlər naziri Antonio Tajani-ni hadisələrlə bağlı məlumatlandırdığını və bunu davam etdirəcəyini bildirib və əlavə edib: “Livandakı İtaliya hərbçiləri qorunan mövqelərə çatıb və onlar hazırda UNIFIL, “Hücumların birbaşa hədəfi deyil, ancaq qarşıdurmaların səviyyəsinin və intensivliyinin artması vəziyyəti daha da çətinləşdirir.” deyib.Şayəstə Hüseynova

Seçilən
10
2
elchi.az

3Mənbələr