AZ

Kürdəmirdə 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - FOTO

Kürdəmirdə yük maşınının iştirakı ilə yol qəzası baş verib.

İqtisadiyyat.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Xırdapay kəndində qeydə alınıb.

İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan yük maşını əks yola çıxaraq minik avtomobili ilə toqquşub. Qəzada 7 nəfər xəsarət alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin dəqiq başvermə səbəbi aparılan araşdırmaların sonunda bəlli olacaq.

Seçilən
6
6
iqtisadiyyat.az

7Mənbələr