AZ

56 il öncə təyyarə qəzasında həlak olan 4 nəfərin cəsədi tapıldı

Hindistan ordusunun ekspedisiyasının üzvləri Himaçal-Pradeş ştatının şimalında 1968-ci ildə Himalay dağlarında baş vermiş təyyarə qəzasında həlak olan 4 nəfərin cəsədini tapıblar.

News24.az xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələri məlumat yayıb. 

“1968-ci ildə Rohtang aşırımında qəzaya uğrayan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “An-12” təyyarəsindən sərnişinlərin qalıqlarının çıxarılması üçün davam edən əməliyyat əhəmiyyətli irəliləyiş əldə edib. Axtarış qrupu daha 4 nəfərin qalıqlarını çıxarıb və bu, Hindistanda aparılan ən uzun axtarış-xilasetmə əməliyyatlarından birində əldə edilən əhəmiyyətli uğur olub”, - deyə məlumatda deyilir.

Ölənlərin şəxsiyyəti onların üzərində tapılan sənədlərdən müəyyən edilib. Axtarış əməliyyatı oktyabrın 10-dək davam edəcək. Hərbçilər 56 il öncə baş verən qəzanın digər qurbanlarını da tapmağa ümid edirlər. 

Qeyd edək ki, “An-12” təyyarəsi 7 sevral 1968-ci ildə son uçuçunu edib. Təyyarənin göyərtəsində 102 nəfər olub. Bu günə qədər onlardan 9-nun cəsədi tapılıb. 

Teymur Məmmədov



Seçilən
10
news24.az

1Mənbələr