AZ

Oktyabrın ilk həftəsində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaxın günlərdə paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli keçirə biləcəkləri mədəni tədbirləri bir siyahıya topladıq.
Oxu.Az-ın təqdim etdiyi afişada oktyabrın 1-dən 7-dək Bakıda keçiriləcək tamaşalar, konsertlər və digər tədbirlər yer alır.
1 oktyabr
Şuşa Dövlət Musiqili Dram Teatrında saat 11:00-da "Nağıllar aləmində" nağıl-tamaşa nümayiş olunacaq.
Tamaşanın rejissoru Loğman Kərimovdur.
Biletlərin qiyməti: 7 AZN
Heydər Əliyev Sarayında saat 20:00-da "Однажды в России" ("Bir dəfə Rusiyada") şousu olacaq.
Yaradıcısı prodüser Vyaçeslav Dusmuhametov olan şou müasir sosial və aktual mövzulara həsr olunmuş satirik sketçlərin toplusunu təqdim edir.
Biletlərin qiyməti: 39 - 199 AZN
2 oktyabr
Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da konsert olacaq.
Konsertin dirijoru Fəxrəddin Kərimov, solisti Ümid Musayevdir.
Biletlərin qiyməti: 4 - 20 AZN
3 oktyabr
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:10-da "Palata" tamaşası nümayiş olunacaq.
Tamaşa dünyaşöhrətli yazıçı Anton Pavloviç Çexovun "6 №-li palata" əsəri əsasında hazırlanıb.
Biletlərin qiyməti: 8 - 15 AZN
Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda saat 19:00-da Cüzeppe Verdinin "Traviata" operası göstəriləcək.
Operanın dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yulana Əlikişizadədir.
Biletlərin qiyməti: 12 - 20 AZN
4 oktyabr
Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 və 16:00-da "Karlson" tamaşası oynanılacaq.
Gürcüstanlı usta kukla rejissoru Yelene Mastxonaşvilinin quruluşunda özünün mükəmməl sənət məzmununu tapan tamaşanın quruluşçu rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Masxonaşvilidir.
Biletlərin qiyməti: 5 AZN
Azərbaycan Dövlət Akademik Filarmoniyasında saat 19:00-da "Məmmədağa Umudov - 75" adlı konsert keçiriləcək.
Biletlərin qiyməti: 4 - 20 AZN
Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da "Palitralar" adlı konsert keçiriləcək.
Biletlərin qiyməti: 5 - 10 AZN
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 19:00-da "İblis və..." tamaşası nümayiş olunacaq.
Tamaşa Hüseyn Cavidin "İblis" faciəsinin motivləri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.
Qeyd edək ki, tamaşa, həmçinin, oktyabrın 5-i və 6-sı da eyni saatda oynanılacaq.
Biletlərin qiyməti: 10 - 25 AZN
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Adamın adamı" tamaşası nümayiş olunacaq.
Tamaşa Xalq yazıçısı Anarın "Adamın adamı" pyesi əsasında səhnəyə qoyulub. Əsərin bəstəkarı Xalq artisti Vasif Adıgözəlov, yeni quruluşda rejissoru Əsgər Əsgərovdur.
Biletlərin qiyməti: 8 - 15 AZN
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində saat 19:00-da "Ümid nəğməsi" tamaşası oynanılacaq.
Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur.
Biletlərin qiyməti: 10 AZN
"M-Teatr"da saat 19:00-da "Məsəl, ya Əməl?!" tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 10 - 20 AZN
5 oktyabr
Şuşa Dövlət Musiqili Dram Teatrında saat 12:00 və 14:00-da "Karlsonun macəraları" adlı tamaşa oynanılacaq.
Biletlərin qiyməti: 7 - 8 AZN
Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00, 14:00 (Azərbaycan dilində) və 16:00-da (rus dilində) "Cırtdan" tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 5 AZN
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da "Buratinonun macəraları" tamaşası nümayiş olunacaq.
Əsərin müəllifi Aleksey Tolstoy, tamaşanın quruluşçu rejissoru İvitsa Simiçdir (Xorvatiya).
Biletlərin qiyməti: 7 - 10 AZN
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında saat 19:00-da "Sumru Yavrucuk" monotamaşası oynanılacaq.
Biletlərin qiyməti: 30 - 100 AZN
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) saat 19:00-da "P.A.N.D.A." tamaşası nümayiş olunacaq.
"P.A.N.D.A." tamaşası dramaturq Matey Vişnekin əsəri əsasında hazırlanıb. Səhnə əsərində aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin iştirak edirlər. Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur.
Biletlərin qiyməti: 5 - 15 AZN
"M-Teatr"da saat 19:00-da "Gözlənilməz təşrif" adlı tamaşa göstəriləcək.
Tamaşa Y.Paplavskinin "İlham pərisi" pyesinin motivləri əsasında hazırlanıb.
Biletlərin qiyməti: 10 - 20 AZN
6 oktyabr
Azərbaycan Dövlət Kukla Teatrında saat 12:00 və 14:00-da "Qızıl balıq" tamaşası oynanılacaq.
Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına müraciət edən yaradıcı heyət onun məşhur "Balıqçı və balıq haqqında nağıl"ını fərqli səhnə yozum və tərtibatında hazırlayıb.
Biletlərin qiyməti: 5 AZN
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında saat 12:00-da "Mauqli" tamaşası təqdim olunacaq.
Redyard Kiplinqin "Cəngəlliklər kitabı" əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.
Biletlərin qiyməti: 7 - 10 AZN
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında saat 12:00-da "Приключения Алладина, принцессы Жасмин и Джина-духа лампы" ("Ələddinin, Şahzadə Jasmin və lampadakı cinin sərgüzəştləri" tamaşası nümayiş olunacaq.
Biletlərin qiyməti: 5 AZN
Şuşa Dövlət Musiqili Dram Teatrında saat 14:00-da "Göyçək Fatma" tamaşası nümayiş olunacaq.
Tamaşanın rejissoru Loğman Kərimovdur.
Biletlərin qiyməti: 7 AZN
Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) saat 19:00-da "21:15 qatarı" adlı tamaşa nümayiş olunacaq.
"21:15 qatarı" tamaşası dramaturq Toyğun Orbayın əsəri əsasında hazırlanıb. Səhnə əsəri ekzistensial oyun janrında nümayiş olunur. "21:15 qatarı" tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.
Biletlərin qiyməti: 5 - 15 AZN
Heydər Əliyev Sarayında saat 19:00-da "Qu gölü - Qıpçaq rəqsləri" nümayiş olunacaq.
Baletin quruluşçu baletmeysteri Ruslan Pronin, dirijoru Əyyub Quliyevdir.
Biletlərin qiyməti: 15 - 45 AZN
"M-Teatr"da saat 19:00-da "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov, musiqi tərtibatı Amid Qasımovdur.
Biletlərin qiyməti: 10 AZN
Xanım Aydın
Seçilən
16
oxu.az

1Mənbələr