İnnovasiyaların inkişafı sahəsində Azərbaycan 6 pillə geriləyib. Amma nədənsə bu vəziyyət mediaya Azərbaycanın irəliləməsi kimi təqdim edilib.
Daha bir beynəlxalq hesabat - “Qlobal İnnovasiyalar İndeksi 2024" dərc olunub.
Maraqlıdır ki, bu hesabatla bağlı ötən həftə mediada yayılan məlumatlar “Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə yüksəlib” başlığı altında olub.
Halbuki Azərbaycan bu hesabatda 80 indikatoun yalnız birisi üzrə, “Biznes mühiti” indikatoru üzrə 2 pillə irəliləyərək 15-ci yerdə qərarlaşıb.
“Qlobal İnnovasiyalar İndeksi 2024” hesabatında region ölkələrinin innovasiyanın inkişafı üzrə sıralaması və ötən illə müqayisədə dinamika aşağıdakı kimi olub :
1. Türkiyə 37-ci yer (+2)
2. Gürcüstan 57-ci yer (+8)
3. Rusiya 59-cu yer (-8)
4. Ukrayna 60-cı yer (-5)
5. Ermənistan 63-cü yer (+9)
6. İran 64-cü yer (-2)
7. Qazaxıstan 78-ci yer (+3)
8. Özbəkistan 83-cü yer (-1)
9. Belarus 85-ci yer (-5 )
10. Azərbaycan 95-ci yer (-6)
11. Qırğızıstan 99-cu yer (+7)
12. Tacikistan 107-ci yer (+4)
Göründüyü kimi, Gürcüstan, Qazaxıstan, Ermənistan və Qırğızıstanda daha çox dinamika olub.
Hesabatı hazırlayanlar Azərbaycanın zəif və güclü tərəflərini də araşdırıblar. Zəif tərəflər daha çox diqqət cəlb edir.
Görəsən bu qədər potensialımızın qarşılığında nə üçün geriləmə olub?
Bunun hesabatını kim, yaxud kimlər verməlidir?
Bütün bunlar haqqında daha geniş məlumat aşağıda təqdim edilib.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti