AZ

Şəhər insanı necə idarə edir?

“Şəhəri sevməyin, qorumağın yolu həm də binaların üzərindəki və uşaqlığın, gəncliyin xatirəsinin nişanəsi olan adı naxışının belə sökülməməsidir. İnsanın gözlərinin itin gözlərinə bənzəməsinin sirri sədaqət anlayışı ilə simvolizə olunur. İnsan bağlanan məxluqdur. O, ağaca, pişiyə, liftə, xəkəndaza və şəhərə də bağlanır. Dəyişikliyi xoşlamır. Şəhərin küçəsinin istiqaməti dəyişəndə, avtobus marşrutları tez-tez yenilənəndə, park və xiyabanlardakı skamyanın yerləri dəyişəndə də ürəyi şəhərdən qırılır. Çünki o belə görüb, məhz belə ürəyinə yatıb, belə qanına işləyib”.

Bunu News365.az-a açıqlamasında  yazıçı publisist Azər Qismət deyib. O bildirib ki, İçərişəhərə gedin:

İnsan huzur tapır. Çünki o şəhərin qala divarları və sal daşlı döşəmələri o uzaq genimizlə assosiasiya təşkil edir. Belə şəhər arasında insan özünü və adamları sevir, içi rahatlanır, çünki özünü görür, o daş evlərlə nəfəs alır. İnsan şəhərlə təmas tapır. Şəhər insanı idarə edir, onun düşüncələrində dəyişikliyə yol açır. Heç İçərişəhərdəşüklük edən, yaxud gic-gic hoppanıb-düşənləri gördünüzmü? Buna ehtiyac yoxdur, bunlar insanın ürəyindən keçməz. Orada milli düşüncənin ortaya çıxmasının səbəbi daşların insanın qan yaddaşı ilə harmoniyasıdır, sakral dəyərin yenidən dirçəlişidir. Amma ordan çıxıb qotik arxitekturalı binaların əhatəsinəşəndə isə ürəklərdən klassik avropalaşmaq –opera, simfoniya, ağ pariklər, modern binanın qarşısından keçəndə isə cins, beysbolka, krassovka, caz, rok-n-rol keçir. Çünki onlar neçə əsr bundan əvvəl yaşamış hansısa avropalı memarların, yaxud müasir tikinti dizaynerişlərinin layihələridir. O binaları özlərinə, mənəviyyatlarına, düşüncələrinə uyğun layihələndiriblər”.

News365.az

Seçilən
5
news365.az

1Mənbələr