AZ

Çin detallarının qadağan olunmasına hazırlıq gedir?

ABŞ hökuməti Çin elektromobillərinə məhdudiyyət təbiq etdiyi kimi bu ölkədə istehsal olunmuş detallara və proqram təminatına da qadağa qoymaq niyyətindədir. 

Avtosfer.az xəbər verir ki, Bayden administrasiyası bu məqsədlə xüsusi qanun layihəsi hazırlayıb. Qanun layihəsinə görə, Çin proqram təminatlı elektromobillər 2027-ci ildən qadağan ediləcək. “Riskli ölkədən gələn” mexaniki hissələrlə istehsal olumuş maşınlar üçünsə qadağa 2030-cu ildə qüvvəyə minəcək. 

Layihənin müəllifləri bildirirlər ki, qanunun məqsədi təhlükəsizliyi təmin etməkdir. Elektromobillərin məlumatlarının ələ keçirilməsi, yaxud bu maşınların hansısa strateji obyekti izləməsi artıq məlum olan haldır.

Vüqar

Seçilən
29
avtosfer.az

1Mənbələr