AZ

"Kaş atam sağ olaydı" - Ronaldudan duyğusal açıqlama

“Əl-Nasr”ın hücumçusu Kriştianu Ronaldu Asiya Elit Çempionlar Liqasının 2-ci turunda “Ər-Rayyan”la oyunda (2:1) vurduğu qoldan duyduğu emosiyaları bölüşüb.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano portuqaliyalı ulduz futbolçunun dediklərini belə çatdırıb:

"Bugünkü qol sevincimin fərqli mənası var... Kaş atam sağ olaydı... Bu gün onun ad günüdür".

Qeyd edək ki, Ronaldu karyerasında 904-cü qolunu vurub.

İki turda 4 xal toplayan "Əl-Nəsr" Asiya Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də səfərdə İranın “İstiqlal” komandasına qarşı keçirəcək.

Mirağa

Seçilən
0
3
fanat.az

4Mənbələr