AZ

Yaşasaydı, bu gün şəhid Əlikramın 23 yaşı olacaqdı... - Fotolar

Vətən müharibəsi şəhidi Əlikram Şahbazlının doğum günüdür. Yaşasaydı 23 yaşı olacaqdı.

 

Modern.az xəbər verir ki, 3 bacının bir qardaşı olan Əlikram Şahbazlı 2001-ci il oktyabrın 1-də Şabranın Bor-bor kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra ali məktəbə daxil olsa da, maddi imkansızlıq üzündən təhsilini davam etdirə bilməyib.



O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 7 oktyabrda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə" görə, "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.

138410413841021384101

13841001384105

Seçilən
19
modern.az

1Mənbələr