AZ

İrəvan Samvel Babayanı qondarma “Artsax” oyununa cəlb edir

Ermənistan hökuməti qondarma “Artsax” mövzusunu bağlamaq üçün yeni addım atmağa hazırlaşır.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, rəsmi İrəvan ləğv olunmuş “Artsax"ın "təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanı bu məsələyə cəlb edib.

Qəzet xatırladıb ki, hələ bir müddət əvvəl parlamentin sədri Alen Simonyan eyham vurmuşdu ki, “Artsax”ın təmsilçiliyi məsələsinə yenidən baxılmalıdır.

Samvel Babayanın 20-yə yaxın tərəfdarı dünən İrəvandakı “Artsax nümayəndəliyi” qarşısında etiraz aksiyası keçirərək, Qarabağı tərk etmiş ermənilərin sosial problemlərinin həllini tələb ediblər.
Onlar Ermənistan Respublikasının siyasi rəhbərliyinin bu problemlərlə məşğul olmadığından şikayətlənərək, yeni bir strukturun yaradılmasını tələb ediblər. Qarabağı tərk etmiş ermənilər Samvel Babayanın yeni struktura rəhbər təyin edilməsini istəyiblər.

“Biz tələb edirik ki, komitə yaradılsın və Samvel Babayanın fəaliyyət göstərmək mandatı olsun ki, o, öz ideyalarını həyata keçirməyə başlasın”, - aksiya iştirakçıları deyiblər.

Seçilən
27
modern.az

1Mənbələr