AZ

“SoftBank” $150 mlrd. qiymətləndirmə ilə “OpenAI”a $500 mln. sərmayə qoymağı planlaşdırır

Yaponiyanın “SoftBank” şirkətinin “Vision Fund” fondu süni intellekt (AI) texnologiyalarını inkişaf etdirən Amerikanın “OpenAI” korporasiyasına 500 milyon dollar sərmayə qoymağı planlaşdırır. Bu barədə mənbəyə istinadən “The Information” nəşri yazıb.

“SoftBank”ın bu investisiyası şirkətin “OpenAI”də ilk investisiyası ola bilər. Qeyd edək ki, “OpenAI” hazırda 6.5 ​​milyard dollar cəlb etmək üçün danışıqlar aparır. Sövdələşmənin şərtlərinə görə, “OpenAI”nin kapitallaşması 150 milyard dollar dəyərində qiymətləndirilib.

Maliyyələşdirmə raundunun “Microsoft”un iştirakı ilə “Thrive Capital” tərəfindən aparılması planlaşdırılır.

2024-cü ilin sentyabr ayının sonunda məlum olub ki, “OpenAI” 2024-cü ilin sonuna qədər 3.7 milyard dollar gəlir əldə etməyi gözləyir. 2025-ci ildə tərtibatçının 11.6 milyard dollar, 2029-cu ildə isə 100 milyard dollar qazanacağı iddia edilir.

Seçilən
8
banker.az

1Mənbələr